
Dezinseksiya — infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsi
Dezinseksiya həm məişətdə, həm də epidemiyaların qarşısını almaq üçün aparılır. Məişət dezinseksiyasına otağın dərmanlanması, milçəklərin, taxtabiti və tarakanların, həmçinin digər həşəratların artıb çoxaldığı yerlərin planlı surətdə dərmanlanıb, onların tələf edilməsi və s. aiddir.
Epidemik məqsədlə aparılan dezinseksiya yataq ləvazimatlarının Sterilizə olunaraq dezinfeksiya olunması, eləcə də infeksiya ocağındakı bütün olan adamların gigiyenik normalarına uyğun hahamda yuyunaraq dezinfeksiya olunmalıdırlar. Dezinseksiya fiziki, kimyəvi və bioloji metodlarla aparılır.
Fiziki metodlara əşyaların şotka, tozsoranla təmizlənməsi, çırpılması, yandırılması, qaynar suya salınması, tələ və yapışqanlardan istifadə edilməsi aiddir.
Kimyəvi dezinseksiyada insektisidlərdən (heksaxloran, xlorofos və s.) duru və bərk tələ yemlərindən istifadə edilir. Belə maddələr həşəratları məhv edir. Bəzi maddələrdən istifadə etməklə qansoran həşəratlardan qorunurlar.
Bioloji metodlar parazitləri məhv edən həşəratlardan, quşlardan, mikroorqanizmlərdən istifadə olunmasına əsaslanır.
Kimyavi üslub – ən geniş yayılmış üslubdur, çünki ən qısa mütdətdə zərər verici həşarat canlılardan qurtulma üslubudur;