
Dezinfeksiya — (lat. Inficere - yoluxdurmaq) — xəstəlik törədən mikroorqanizmləri Virus, Mikrob, Bakteriya və Göbələklərin sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv edərək zərərsizləşdirmək üçün aparılan üsulubdur. Dezinfeksiyanı həm infeksiya ocağında, həm də profilaktika məqsədilə aparırlar.
Nə vaxt aparılmasından və məqsədindən asılı olaraq infeksiya ocağında aparılan dezinfeksiya Cari və Son dezinfeksiyaya bölünür.
Cari dezinfeksiyanı infeksiyalı xəstənin, yaxud infeksiya gəzdirənin olduğu bütün müddətlərdə xəstənin işlədiyi (oturqu) yeri, çarpayısı yanında və onun ətrafında aparırlar. Cari dezinfeksiyada məqsəd infeksiyanı yayılmağa qoymamaqdır. Yoluxucu bağırsaq xəstəliklərində cari dezinfeksiyanın daha böyük əhəmiyyəti vardır. Xəstənin işlətdiyi əşyaları, onun dəyişəyini zərərsizləşdirirlər. Bəzən xəstənin yatdığı otağa ultrabənövşəyi şüalar verirlər.
Son dezinfeksiyanı infeksion xəstəlik ocağında xəstəni xəstəxanaya qoyduqdan, xəstə sağaldıqdan, yaxud öldükdən sonra aparırlar.
Profilaktika məqsədilə dezinfeksiya infeksion xəstəliyin olub-olmamasından asılı olmayaraq, onun qarşısını almaq üçün aparılır. Profilaktik dezinfeksiyaya otaqların havasını hər gün dəyişmək, müalicə-profilaktika və uşaq müəssisələrinin otaqlarını xüsusi kimyavi məhlulu ilə yuyub təmizləmək, əlləri tez-tez sabunla yumaq, xəstəlik törədiciləri ilə daimi mübarizə aparmaq aiddir.
Dezinfeksiya üsulları mexaniki, fiziki və kimyəvi olur.
Fiziki üsullara yumaq, silmək, dəyişmək, süpürmək və s. aiddir. Çirklə birlikdə xəstəlik törədicilərinin bir qismi də kənar edilir.
Mexaniki üsullardan ən çox qaynatma, həmçinin, xüsusi kimyəvi məhlullarla qaynatma və s. tətbiq edilir. Dezinfeksiya üçün soyuq və ya isti su buxarından da istifadə olunur. Su buxarından xüsusi NANO dezinfeksiya avadanlıqlardan, kameralarında və avtoklavlarda istifadə edirlər.
Kimyəvi dezinfeksiya üsulları daha çox yayılmışdır. Bunun üçün müxtəlif xüsusi kimyəvi maddələrdən: amonium xlorlu məhlullardan, fenol, kreol, lizol, spirt, qələvi və turşulardan istifadə edilir.;