Təmizləmə (yuyulma) və Dezinfeksiya: Nədir və Nə üçün Vacibdir?

sanitariya sanitariya-gigiyena sanitariya-gigiyena sanitariya-epidemioloji qaydalar və normativlər sanitariya-epidemioloji salamatlıq haqqında sanitariya qaydaları sanitariya gigiyena qaydaları sanitariya az sanitariya-gigiyena.az Sanitariya Dezinfeksiya Xidmetleri. jedansoft.az Veb saytlarin hazirlanmasi

Temperatur Nəzarəti və Günəşdən Qoruma

✅ Günəş şüalarından qoruma: Şəffaf plastik və ya açıq rəngli su anbarları birbaşa günəş işığına məruz qaldıqda içində yosunların çoxalmasına səbəb ola bilər. Bunu önləmək üçün anbarlar qaranlıq yerlərdə saxlanmalı və ya izolyasiya edilməlidir.

✅ Temperatur nəzarəti: Suyun temperaturu 20°C-dən aşağı saxlanmalıdır ki, mikroorqanizmlər çoxalmasın.

✅ İzolyasiya materialları: Metal və plastik anbarlar üçün istilik izolyasiya edən materiallardan istifadə edilməlidir.

 

Nəticə olaraq qeyd edə bilərik ki, Su anbarlarının təmiz saxlanması üçün effektiv profilaktik tədbirlər həyata keçirilməlidir. Möhkəm qapalı anbar, mütəmadi təmizlik, filtrasiya sistemləri, su keyfiyyətinə nəzarət və boru kəmərlərinin yoxlanması kimi tədbirlər, suyun təhlükəsiz və keyfiyyətli saxlanmasına kömək edir. Bu qaydalara riayət etməklə həm içməli suyun keyfiyyətini qorumaq, həm də sistemin ömrünü uzatmaq mümkündür.
 

 Təmizləmə (yuyulma) və Dezinfeksiya: Nədir və Nə üçün Vacibdir?

Su anbarlarının təmizlənməsi və dezinfeksiyası prosesi, suyun keyfiyyətini və təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən vacib tədbirlərdən biridir. Su anbarları, həm içməli, həm də sənaye, əkinçilik və digər müxtəlif sahələr üçün istifadə olunan suyu saxlayır. Lakin bu anbarlar zamanla, atmosferin təsirindən, mikroorqanizmlərin və digər çirkləndiricilərin inkişafından təsirlənə bilər. Bu vəziyyətlər, suyun istifadə üçün təhlükəsizliyi və içməli suyun təhlükəsizliyi üçün ciddi risklər yarada bilər.

Təmizləmə prosesi, anbarın içindəki fiziki çirkləndiriciləri və digər maddələri, məsələn, toz, çöküntülər və yosunları təmizləmək üçün həyata keçirilir. Bu prosesi həyata keçirərkən məqsəd, anbarın strukturlarını təmizləmək və suyun təmizliyini qorumaqdır. Dezinfeksiya prosesi isə, suyun içindəki mikroorqanizmlərin, bakteriyaların, virusların və digər patogenlərin məhv edilməsini məqsəd qoyur. Dezinfeksiya, suyun mikrobioloji təhlükəsizliyini təmin etmək və insan sağlamlığını qorumaq üçün həyati əhəmiyyət daşıyan bir prosesdir. Təmizləmə və dezinfeksiya, bir-birini tamamlayan və suyun keyfiyyətinin qorunmasını təmin edən iki əsas mərhələdir.

İllərlə yuyulmayan anbarlar çox pis hala düşür, lil və digər çöküntülər yığılıb qalır. Bu zaman bakteriyalar əmələ gəlir. Bu sudan istifadə edənlərdə müxtəlif xəstəliklər yaranır və yayılır. Ən əsas məsələ sağlamlığımızın qeydinə qalmağımızdır. İçmək üçün istifadə etdiyimiz su anbarlarında vəziyyət bu haldadırsa, sağlamlığımız qeydinə qalmaqdan söz gedə bilməz.

Buna görədə ildə 1 dədə su anbarlarının mexaniki təmizlənməsi, yuyulması və dezinfeksiya olunması gərəklidir.

Bu işlərin aparılması əsas zəruriliyi ondan irəli gəlir ki, su anbarlarına gələn suların tərkibindəki bulanıqlıq anbarlara çökür və anbarlarda dib çöküntülərinin miqdarı artır, həmçinin su anbarlarda uzun müddət qaldıqda bakteriyalar əmələ gəlirki bu da insan sağlamlığı üçün təhlükəlidir. Bu səbəbdən anbarların vaxtaşırı yuyulub zərərsizləşdirilməsi zərurəti yaranır.

Anbarların yuyulması və dezinfeksiya edilməsi işlərində iştirak edən işçilər ildə 2 (iki) dəfə tibbi müayinədən keçməlidir.