Su Çənlərinin Yuyulması Və Dezinfeksiya Prosesinin Ardıcıllığı

sanitariya sanitariya-gigiyena sanitariya-gigiyena sanitariya-epidemioloji qaydalar və normativlər sanitariya-epidemioloji salamatlıq haqqında sanitariya qaydaları sanitariya gigiyena qaydaları sanitariya az sanitariya-gigiyena.az Sanitariya Dezinfeksiya Xidmetleri. jedansoft.az Veb saytlarin hazirlanmasi

  1. Su Anbarın Yuyulması və Çirk Təmizlənməsi

Su anbarının boşaldılmasından sonra onun daxili səthlərində, divarları və döşəməsində yığılan çirklərin, lilin təmizlənməsi üçün mexaniki üsuldan istifadə olunur. Bu proses anbarın daxilindəki suyun keyfiyyətini və gigiyenik şəraitini qorumaq üçün vacibdir.

3.1. Divar və Diblərin Mexaniki Yuyulması

✅ Yüksək təzyiqli su ilə yuma – anbarın divar və dibindəki çöküntüləri təmizləmək üçün ən effektiv üsullardan biridir. Təzyiqli su yosunları və digər çirkləri divarlardan asanlıqla ayırır.

✅ Fırçalama üsulu – Təmizləmə prosesi zamanı sərt fırçalardan istifadə edilərək divarlardakı və dibdəki çirklər mexaniki şəkildə çıxarılır.

✅ Vakum və ya əl ilə lilin çıxarılması – Dibdə yığılan lil xüsusi su sorucu avadanlıqlarla və ya əl ilə təmizlənir.

3.2. Təmizlənmədən Sonra Yekun Yuma Prosesi

✅ Bütün səthlər təmiz su ilə yuyulmalıdır.

✅ Xüsusi filtr sistemləri və boruların daxili səthləri də eyni prosedurdan keçirilməlidir.

 

Su anbarının yuyulması və çirk təmizlənməsi düzgün aparıldıqda, anbarın içində mikroorqanizmlərin və bakteriyaların çoxalmasının qarşısı alınır. Bu mərhələdən sonra dezinfeksiya prosesi həyata keçirilməlidir ki, tam gigiyenik şərait təmin olunsun.

 

  1. Dezinfeksiya Prosesi

Dezinfeksiya su anbarlarının təmizliyini və gigiyenik vəziyyətini təmin etmək üçün vacib addımdır.  Su anbarlarının dezinfeksiya edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təsdiq edilmiş “su anbarlarının və su xətlərinin dezinfeksiya edilməsi haqqında” təlimata uyğun olaraq həcmi dezinfeksiya və səthi püskürtmə dezinfeksiya üsulları ilə aparılır. Dezinfeksiya, suyun mikrobioloji təhlükəsizliyini təmin etmək və su anbarının içindəki mikroorqanizmləri, bakteriyaları, virusları və digər patogenləri məhv etmək üçün həyata keçirilən bir prosesdir. Qəbul edilmiş ümumi qaydaya əsasən su anbarları bir ildə 1 dəfə mexaniki yuyulur və bir ildə 2 dəfə dezinfeksiya edilməlidir. Həcmi dezinfeksiya üsulu əsasən bir anbarı eyni ildə ikinci dəfə dezinfeksiya edən zaman tətbiq edilir. Səthi püskürtmə üsuli isə su anbarı mexaniki təmizlənmədən sonra birinci dezinfeksiya zamanı tətbiq edilir. Dezinfeksiya prosesində müxtəlif kimyəvi maddələr istifadə olunur.

 

**Əsas İstifadə olunan dezinfeksiyaedici maddələr:**

– **Natrium hipoxlorid (NaOCl) – maye halında dezinfeksiyaedici məhlul.**

– **Kalsium hipoxlorid (Ca(OCl)₂) – qranul və ya tablet formasında olan güclü dezinfeksiyaedici.**