📞 Zəng / WhatsApp: +994 55 409 40 48
Su, həyatın əsas tərkib hissəsidir və insanlar üçün ən vacib ehtiyaclardan biridir. İnsan sağlamlığının qorunması və ətraf mühitin davamlılığı üçün təmiz və təhlükəsiz suyun təmin edilməsi həyati əhəmiyyət daşıyır. Su anbarları, bu təmiz suyun saxlanması və təchizatı üçün vacib infrastrukturdur. Ancaq su anbarlarının təmizliyi və dezinfeksiyası məsələsi, yalnız suyun görünüşünü deyil, həm də onun mikrobioloji təhlükəsizliyini təmin etməyi hədəfləyir. Su Anbarlarının düzənli olaraq təmizlənməsi, yuyulması və dezinfeksiya edilməsi,güvənli içmə suyu təminatında önəmli addımdır. Anbarlarda zamanla suda çözülməyən qatı madələr və mikroorqanizimlər çoxalmağa başlaya bilər. Suyunuzun gəldiyi qaynağın təmiz olması anbarlarınızda zamanla yarana biləcək kirlliyini ortadan qaldırmaz sadəcə gecikdirər. Bu səbəbdən hər Su Anbarı mütləq təmizlənməli və dezinfeksiya olunmalıdır.Anbar kirliliyinin əsas göstəricisi suyun bulanıqlığıdır. Suyu bir stəkana doldurub 1 dəqiqə gözləsək bulanıqlığı getməsə anbar çirkli sayılır. Bundan başqa iyi və dad da suyun çirkliliyin sübut edir. Ancaq bu əlamətlər olmasa belə ildə ən az bir dəfə su anbarları təmizlənməlidir. Su Anbarlarının təmizlənməsi üçün ideal vaxt müdəti altı aydır. Su Anbarları təmizlənməlidir. TƏMİZ SU İÇMƏK HƏR KƏSİN TƏBİİ HAQQIDIR…
Su Anbarı Strukturu və Növləri
Su anbarı müxtəlif növ və ölçülərdə olur. Onlar əsasən yerüstü və yeraltı anbarlar olaraq iki yerə ayrılır. Yerüstü su anbarları, göllər, su bəndləri və çaylardan su yığan təbii və ya süni qurğulardır. Yeraltı su anbarları isə təbii qaynaqlar, quyu və yeraltı göllərdən ibarət olur. Su anbarlarının təmizlənməsi və dezinfeksiyası bu növlərin hər biri üçün müxtəlif metodlar tələb edir.
Yerüstü Su Anbarları: Bu anbarlar daha çox açıq sahələrdə yerləşir və təbii ekosistemlərlə əlaqəlidir. Bu növ anbarlarda suyun təmizlənməsi çətinləşə bilər, çünki suya müxtəlif çirklənmələr daxil ola bilər.
Yeraltı qapalı) Su Anbarları: Yeraltı anbarlar daha təmiz su təmin edə bilirlər, çünki yerin altındakı süzülmə prosesləri suyun təbii şəkildə təmizlənməsinə kömək edir. Lakin yeraltı suyun da dezinfeksiya edilməsi vacibdir.
Su anbarlarının strukturu da onların təmizlənməsi üçün uyğun metodları müəyyən edir. Bəzi anbarlarda mexaniki təmizləmə metodları effektiv olur, bəzilərində isə kimyəvi və fiziki metodlar tətbiq edilə bilər.
Su Anbarlarının Rolu və Əhəmiyyəti
Su anbarları, müxtəlif məqsədlər üçün suyun saxlanması məqsədilə tikilən böyük və mühüm infrastruktur elementləridir. Bu anbarlar içməli su, kənd təsərrüfatı suyu və sənaye istifadəsi üçün suyu toplamaq, saxlamaq və paylamaq üçün istifadə olunur. Müxtəlif ölçü və strukturlada olan su anbarları, suyun çirklənməsinin qarşısını almaq və uzun müddət saxlanmasını təmin etmək məqsədini güdür. Lakin su anbarları zamanla müxtəlif mikroorqanizmlərin, çirkləndiricilərin və mineralların təsiri altında təmizlənməsi vacib olan yerlər halına gəlir. Bu səbəbdən, su anbarlarının müntəzəm olaraq yuyulması və dezinfeksiyası, onların təhlükəsiz istifadəsini təmin etmək üçün önəmlidir.
Su Anbarlarında Çirklənmə və Mikrobial Təhlükələr
Su anbarları çirklənmənin müxtəlif formalarına məruz qala bilər. Suya daxil olan kimyəvi maddələr, pestisidlər, ağır metallarla çirklənmə və mikroorqanizmlərin inkişafı, suyun keyfiyyətinə mənfi təsir göstərir. Ən ciddi çirklənmə mənbələrindən biri insan fəaliyyətidir. Sənaye sahələri, kənd təsərrüfatı və məişət tullantıları su anbarlarında müxtəlif növ çirklənmələrə səbəb ola bilər. Bu çirklənmələr mikroorqanizmlərdən tutmuş, ağır metal izlərinə qədər dəyişə bilər və suyun istifadəyə verilməsini çətinləşdirə bilər. Mikrobial çirklənmə isə ən çox qarşılaşılan su çirklənməsi növüdür və çirkli su vasitəsilə bir çox infeksiyalar yayılır. Buna görədə su anbarlarını təmizləyib dezinfeksiya etməklə orada olan suyun uzun müddət təmiz saxlanmasını təmin etmək olar.
📞 Zəng / WhatsApp: +994 55 409 40 48
📞 Zəng: +994 209 40 48
📧 E-mail: info@sanitariya-gigiyena.az
su çənlərinin təmizlənməsi, anbar yuma, anbarın yuyulması, su anbarının dezinfeksiyası