anbar yuma haqqında ümumi məlumatlar

sanitariya sanitariya-gigiyena sanitariya-gigiyena sanitariya-epidemioloji qaydalar və normativlər sanitariya-epidemioloji salamatlıq haqqında sanitariya qaydaları sanitariya gigiyena qaydaları sanitariya az sanitariya-gigiyena.az Sanitariya Dezinfeksiya Xidmetleri. jedansoft.az Veb saytlarin hazirlanmasi

Dezinfeksiya prosesi aşağıdakı kimi aparılır:

  1. Seçilən dezinfeksiyaedici maddə suya əlavə olunur.
  2. Aktiv maddənin təsir göstərməsi üçün müəyyən vaxt gözlənilir.
  3. Su anbarları yuyulub qurtardıqdan sonra səthi dezinfeksiya üsulundan istifadə etməklə, hazırlanmış məhlul xüsusi qurğular vasitəsi ilə su anbarının daxili səthinin sahəsinə püskürdülür və ya su anbarına həcminə boşaldılaraq dezinfeksiya edilir. Dezinfeksiya məhlulunun daxili səthlə təmas müddəti dezinfeksiya məhlulunun tərkibndən asılı olaraq 2 saat ilə 6 saat arasında dəyişməkdədir.

 

Su Xətlərinin (Borularının) Dezinfeksiya Edilməsi.

 

Su xətlərinin dezinfeksiya edilməsi işinin görülməsidə “su anbarlarının və su xətlərinin dezinfeksiya edilməsi haqqında” təlimata uyğun olaraq həyata keçirilir. Su xətləri ilkin olaraq mexaniki yuyulmalıdır. Su xətləri təlimata əsasən 2,5-3 km hissələrə ayrılaraq dezinfeksiya edilməlidir. Su xətləri, bir başa axım və ya borunun həcminə pompalanma üsulu ilə dezinfeksiya edilməkdədir.

Bir başa axım zamanı boru xəttinin başlanğıc tərəfindən dezinfeksiya məhlulu təzyiq altındakı xəttə verilir. Xəttin sonundan isə mütəmadi analizlər götürülür. Qalıq xlorun miqdarı normada olduğu zaman (0.3-0.5 mg/l) dezinfeksiya işi dayandırılır. Bu üsul əsasən təxliyyəsi və ya istifadəsinin dayandırılması mümkün olmayan xətlərin dezinfeksiya edilməsi zamanı tətbiq edilir.

Borunun həcminə pompalama üsulunda isə boru xətti öncədən boşaldılır. Dezinfeksiya məhlulu boru xəttinin mümkün olan 3 daha çox yerindən boru xəttinə vurulur. Boru xətti su ilə doldurulur və analiz üçün sudan nümunələr götürülür.

 

 Suyun Keyfiyyətinin Yoxlanması** 

Dezinfeksiya tamamlandıqdan sonra su anbarına yeni su doldurulmadan əvvəl keyfiyyət yoxlamaları aparılır:

– **pH və xlor səviyyəsinin ölçülməsi.**

– **Mikrobioloji analizlərin aparılması.**

Əgər su şəbəkə suyudursa o zaman yoxlamağa ehtiyac yoxdur.

 

Görülən işlərin sənədləşdirilməsi və dezinfeksiya işlərinin nəticəsinin təsdiq edilməsi.

 

Su anbarının mexaniki təmizlənməsi və dezinfeksiya edilməsi işləri yekunlaşdıqdan sonra sifarişçi ilə icraçı arasında işlərin görülərək yekunlaşmasının təsdiq edilməsi haqqında akt tərtib edilir. Akta su anbarının həcmi və digər texniki məlumatlar daxil edilir.

Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən dezinfeksiya işi tamamlandıqdan sonra dezinfeksiyanın nəticəsinin laborator təsdiqlənməsi aparılır. Tərəfimizdən dezinfeksiya işi tamamlandıqdan sonra su anbarından və su xətlərindən analiz üçün nümunələr götürülərək laboratoriyaya təqdim edilir. Əgər su anbarlarını və su xətlərini doldurmaq üçün istifadə edilən su şəbəkə suyu (əhaliyə verilən içməli su) olmazsa analiz suyun mənbəyindən asılı olaraq daha çox göstərici üzrə aparılır.

Daha sonra su anbarı su ilə doldurulur və həmin sudan analiz üçün nümunələr götürülür. Əgər su şəbəkə suyu olarsa laboratoriyada su nümunələri qalıq xlor (sərbəst xlor, mg/l), bulanıqlıq (ntu), ümumi kaliforum bakteriya, e.coli və s. göstəriciləri (parametrləri) üzrə analiz edilir. Nəticələr keyfiyyət tələblərinə uyğun olarsa dezinfeksiya işi uğurla başa çatdırılmış hesab edilir. Əgər uyğun olmazsa dezinfeksiya işi təkrarlanır. Analizin nəticələri rəsmi olaraq sifarişçiyə təqdim edilir. Götürülən analiz nümunələri Azərbaycan Respublikası qanunvericiliyi ilə fəaliyyətinə icazə verilmiş, akkreditasiya olunmuş laboratoriyada (Əsasən ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ Mərkəzi laboratoriyasına və ya Səhiyyə Nazirliyi Respublika GEM laboratoriyasına müraciət edilir) analiz edilir və müvafiq cavab-rəyi alınır.

Əgər analiz cavabları müsbət olarsa su anbarı yenidən istifadə edilə bilər. Əgər mənfi olarsa yenidən təmizlənmə və dezinfeksiya işləri görülür.